"Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa millisinə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. "Milliləşdirilmiş" qolkiper bununla bağlı Rusiyanın "Cnampionat.ru" portalına açıqlama verib.
Şahruddin jurnalistin "ilk hissənin sonuna saniyələr qalmış qol buraxdığnıza görə məyus olduz" sualına belə cavab verib: "Mbappe olmasaydı, məyus olardıq. Kilian oyunun nəticəsini hər an həll edə bilə futbolçudur. Amma ümumi götürdükdə, qapımızda çox bəsit qollar gördük".
Qeyd edək ki, Fransa ilk üç oyundan doqquz xalla D qrupunda birincidir. Azərbaycanın bir xalı var və dördüncü pillədədir".