"Arsenal"ın sabiq yarımmüdafiəçi Cek Uilşir "Luton Taun" klubunun yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrsio Romano X sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 33 yaşlı ingilis Birinci Liqa klubu ilə müqavilə imzalamağa razılaşıb. Təyinat rəsmi olaraq bu gün açıqlanacaq. 

 

Qeyd edək ki, Uilşir 2022-ci ildə futbolçu karyerasını başa vurub. 2024-cü ildən isə "Norviç"in baş məşqçisinin köməkçisi olub. O, bu ilin mayında vəzifəsindən azad edilib.

2025/26 mövsümündə 11 matçdan sonra "Luton Taun" Çempionşipdə 11-ci yerdədir. Komanda növbəti turda "Mansfild Taun" qarşılaşacaq.