Portuqaliyanın "Benfika" klubu "Atletiko"nun hücumçusu Tiaqo Almada ilə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Benfika" argentinalı hücumçu ilə Dünya Çempionatından əvvəl daha çox oyun vaxtı qazanmaq istəyini nəzərə alaraq əlaqə qurub. Madrid təmsilçisi 24 yaşlı futbolçunu satmaq istəyir və məcburi satınalma şərtini 35 milyon avrodan yuxarı qoyub.

 

Qeyd edək ki, Taiqo Almada 2025-ci ilin yayında "Botafoqo"dan "Atketiko"ya transfer olunmuşdu. Argentina millsinin üzvü bu mövsüm klubunda 16 oyunda istirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.