Fransalı məşqçi Rolland Kurbis 72 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Liqa 1-in "X" sosial media hesabında məlumat verilib.
Oyunçu kimi Kurbis, əsasən "Monako"dakı çıxışı ilə tanınıb. Məşqçilik karyerasına 1986-cı ildə başlayıb. O, əsasən Fransanın "Marsel", "Bordo", "Tuluza", "Monpelye", "Ayaçço" və "Lens" kimi klublarında çalışıb. Onun son vəzifəsi 2016-cı ildə təyinat aldığı "Renn" olub.
Oyunçu kimi Kurbis "Monako" ilə iki dəfə Fransa çempionluğunu qazanıb və həmçinin "Olimpiakos"la Yunanıstan çempionu olub. Məşqçi kimi isə 1999-cu ildə "Marsel"i UEFA Kubokunun finalına çıxarıb.