I Liqa təmsilçisi "Difai" heyətinə əcnəbi hücumçu cəlb edib. Sport24.az xəbər verir ki, Ağsu təmsilçisi 22 yaşlı Ondo Uorren-Llyod ilə anlaşıb.

 

Qabonlu forvard karyerası ərzində Azərbaycanın digər təmsilçisi "Zaqatala" ilə yanaşı, Moldovanın "Dinamo-Avto" və Fransanın "İstr" klublarında da çıxış edib.

 

Qeyd edək ki, "Difai" hazırda turnir cədvəlində 9 xalla 9-cu yerdədir.