"Fənərbaxça" mövsümün sonunda heyətini gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Türkiyə nəhəngi "Bavariya" və Almaniya millisinin üzvü Leon Qoretzkanı heyətinə qatmaq istəyir.

 

30 yaşlı yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

Qoretzka "Bohum" və "Şalke"də oynadıqdan sonra 2018-ci ildə "Bavariya"ya keçib.