"Neftçi"nin Əbu-Dabi toplanışında keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib. Sport24.az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Misir təmilçisi "Piramids"lə görüş yanvarın 13-ü, Bakı vaxtı ilə saat 18:00-da "Məhəmməd bin Zayed" stadionunda baş tutacaq.

 

Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.