"Bizi bu dəfə Ukrayna ilə çətin oyun gözləyir. Bakıda heç-heçə etmişik. Ukrayna İslandiyaya qalib gəldikdən sonra turnir cədvəlində ikinci yer tutmaları üçün yaxşı şansı var". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

"Rəqib Bakıdakı heç-heçənin təsadüf olduğunu göstərmək istəyəcək. Ukrayna atletik, fiziki gücü çox olan komandadır. Bu, bizə problem yarada bilər. Fransızlar driblinqlərlə müdafiəmizi yarırdısa, ukraynalılar cinahlardan asma, "ikinci mərtəbə"də oyuna üstünlük verəcək. Fransa ilə oyunda demək olar ki, topsuz olmuşuq. Topsuz olan komanda isə daha çox güc sərf edir. Yığmamız 3 gün ərzində necə bərpa olunacaq, açıq sualdı. Fiziki funksional hazırlığı hazırlığı yüksək olan komandaya qarşı oynayacağıq. Millimizə uğurlar arzu edirəm. Ümid edirəm uğurlu nəticə qazana biləcəklər".

Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.