"Keşlə"nin (hazırkı "Şamaxı") sabiq baş məşqçisi Yuri Maksimov Sport24.az saytına açıqlama verib. Ukraynalı mütəxəsiss Azərbaycandan ayrıldığı dönəmdən sonra ölkədən bir sıra təkliflər aldığını təsdiqləyib.

Çalışdırıcı adının "Kəpəz"lə hallanmasına da toxunub:

 

"Mən bu mövzuda heç nə deyə bilmərəm. Belə məlumat eşitməmişəm. Daha əvvəl ölkənizdən təkliflər almışam. Yaxın dostlar vasitəsi ilə mənə müraciət olunub".

 

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.