"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbisstanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, NEOM argentinalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Tuttomercato" məlumat yayıb.

 

Ərəblər İkardini yanvar ayında heyətinə qatmağı planlaşdırır. NEOM 32 yaşlı forvarda 2 illik müqavilə üçün 20 milyon avro maaş təklif edəcək.

 

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 5 qol vurub.