"Yuventus" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Daniele Ruqani sıradan çıxıb.

 

 

"La Gazzetta dello Sport"un məlumatına görə, 31 yaşlı futbolçu məşq zamanı ayağından zədə alıb. Onun baldırında əzələ yırtığı aşkarlanıb.

 

Ruqaninin  üç həftə komandasına kömək edə bilməyəcəyi vurğulanıb.

 

Qeyd edək ki, Daniele Ruqani bu mövsüm "Yuventus"da 7 oyunda iştirak edib.