İngiltərənin "Mançester Siti" klubu "Nyukasl"da çıxış edən futbolçu Valentino Livramento ilə maraqlanır. Sport24.az xəbər verir ki, "şəhərlilər" qışda 23 yaşlı müdafiəçini heyətinə qatmağa çalışacaq.
Premyer Liqa təmsilçisi ingiltərəli oyunçu üçün puldan əlavə qapıçı Ceyms Traffordu da razılaşmaya daxil etməyə hazırdır. "Nyukasl" da məhz bu qolkiperi transfer etmək niyyətindədir.
Qeyd edək ki, Valentino Livramento cari mövsüm bütün turnirlərdə 8 matçda meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nyukasl"la müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.