"Kəpəz" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Bizim üçün çətin oyun oldu. "Karvan-Yevlax"ın daha mübariz oyun göstərəcəyini bilirdik. Gördük ki, səfərdə azarkeşlərin qarşısında oynamaq nə qədər çətindir. Maraqlı matç oldu. Çoxlu qol epizodları yaratdıq. Təəssüflər olsun ki, bunları reallaşdırmaqda problemimiz var.

 

- Sizcə, oyunun qırılma nöqtəsi hansı məqam idi?

- Ümid Səmədovun topu qapı xəttindən çıxarması oldu. O andan sonra futbolçularda daha çox inam yarandı. Daha sonra istədiyimiz qolu vurduq. Bunu birinci hissədə etməliydik. Çünki daha çox epizodlar yaratdıq. Təcrübəsizlik öz sözünü deyir.

 

- Ev oyunlarınızı Yevlaxda keçirəcəksiz. Meydançanın ot örtüyünün durumu necədir?

- Birinci oyun üçün ot örtüyü pis deyil. Burda oynamağımızın səbəbi məsafənin yaxın olmasıdır. Gəncədən Qəbələyə 3 saatlıq yoxdur, Yevlaxa isə 40-45 dəqiqə. Adaptasiyaya ehtiyac olmur.

 

- Sonuncu pillədən qurtulduz. Bundan sonra məqsəd nə olacaq?

- Hər oyunda xallar üçün mübarizə aparacağıq. Düşünürəm ki, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik. Sonuncu pillədən qurtulmaq şərt deyil.