"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp, dünya çempionatının 1/16 final mərhələsində Almaniya millisinin müdafiəçisi Conatan Tanın Paraqvayın qapısına vurduğu qolun qeydə alınmaması qərarı ilə razılaşmayıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "MagentaTV"-yə danışıb:

 

"Belə qollar olmasaydı, "Arsenal" İngiltərə çempionluğunu qazanmazdı. Onlar qollarının 60 faizini bu şəkildə vurublar. Həmin qol qeydə alınsaydı, biz matçı qazanardıq".

 

Qeyd edək ki, Almaniya - Paraqvay matçında hesab 1:1 olarkən, Ta 102-ci dəqiqədə topu başla rəqibin qapısından keçirib. Lakin Hakim Cəlal Ceyd VAR-a baxdıqdan sonra paraqvaylı qapıçıya qarşı qayda pozuntusu olduğunu bildirərək, qolu qeydə almayıb.