"Benfika" müdafiəçisi Antonio Silvaya əmək haqqının əhəmiyyətli dərəcədə artırılması şərti ilə beş illik müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
"Qartallar" "Milan"ın marağına baxmayaraq, 22 yaşlı mərkəz müdafiəçisinin müqaviləsini uzatmaq niyyətindədirlər.
Bir müddət əvvəl "rossonerilər"in Silvanın şəxsi müqaviləsi ilə bağlı razılığa gəldiyi bildirilirdi. Portuqaliyalı oyunçuya Premyer Liqa və Səudiyyə Ərəbistanından adları açıqlanmayan komandalar da maraq göstərir.
Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.