Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev "İmişli" klubunda işləyəcək. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Keçmiş yarımmüdafiəçi komandada köməkçi-məşqçi olacaq. O, rəsmən açıqlanmasa da, artıq bölgə klubu ilə ortaq məxrəcə gələn baş məşqçi Fərid Namazovun məşqçilər korpusunda təmsil olunacaq.
Qeyd edək ki, İmaməliyev daha əvvəl "Qarabağ"ın aşağı yaş komandasında işləməyə razı olduğunu bildirmişdi. Premyer Liqadan təklif gəldiyi üçün o Ağdam təmsilçisi ilə yolları ayırıb.