İsveç millisinin keçmiş futbolçusu Zlatan İbrahimoviç Niderland millisinin DÇ-2026-da mübarizəni dayandırmasına görə, komandanın baş məşqçisi Ronald Kumanı günahlandırıb. Sport24.az xəbər verir ki, o, bu barədə "FOX TV"yə açıqlama verib:
"Fikrimcə, məğlubiyyətdə Ronald Kuman günahkardır. Niderland millisi tamamilə fərqli idi. Sadəcə onları tanımadım. Söhbət nəticədən də yox, Niderland futbolunun simasını itirilməsindən gedir. Kumanın yanaşması bu komandanın ruhuna uyğun gəlmirdi və bu, məni məyus edir. Uduza bilərsən, amma öz stilinə sadiq qalmaq vacibdir".
Qeyd edək ki, Niderland millisi dünya çempionatının 1/16 final mərhələsində penaltilər seriyasında (1-1, penaltilər 2-3) Məraküşə məğlub olaraq mundialla vidalaşıb.