Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında sonuncu matçına çıxıb. Sport24.az xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriyanı sınağa çəkib.

 

İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparıb. Amma voleybolçularımızın istəyi alınmayıb. Güclü rəqiblə görüşdə millimiz hər setdə uduzub.

 

Komandamız turniri 6 xalla başa vurub.

 

Avropa Gümüş Liqası

21 iyun

III tur, 6-cı oyun

Kişilər

20:00. Avstriya - Azərbaycan - 3:0 (25:18, 25:18, 25:14)

Hakimlər: David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka)

Sandur, "Höllin inni i Dal"

 

Qeyd edək ki, Avstriya 2 oyundan 3 xal yığıb və turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.