Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nazim Sadıxov Braziliyadan olan Nikolas Motta ilə üz-üzə gəlib.

 

Yüngül çəkidəki görüşdə Sadıxov qalib gəlib. O, ikinci raundda rəqibini nokautla məğlub edib.

 

"UFC Fight Night"ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

 

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq.