Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, B qrupunda "Sərhədçi" komandası ilə qarşılaşan "Naxçıvan" 90:74 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, turun ilk matçında "Quba" "Lənkəran"ı 95:87 hesabı ilə məğlub edib. Tura dekabrın 14-də yekun vurulacaq.