"Santos"la müqaviləsi ilin sonunda başa çatan Neymar gələcəyi ilə bağlı yekun qərarını verməyib. Sport24.az xəbər verir ki, Braziliya klubu 33 yaşlı vingerə yeni sözləşmə təklif edib.

 

Bu barədə yerli mətbuat məlumat yayıb.

 

A Seriyası təmsilçisi təcrübəli futbolçunun xidmətindən məmnundur. Neymar DÇ-2026 öncəsi yaxşı formada olmaq üçün komandada qalmağa isti yanaşır. Ulduz oyunçu yekun qərarını yaxın vaxtlarda verecek.

 

Qeyd edək ki, Neymar başa çatan mövsümdə "Santos"un heyətində meydana çıxdığı 28 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.