"Çelsi" Niderlandın "AZ Alkmar" klubunun yarımmüdafiəçisi Kes Smiti hədəfə alıb. Sport24.az xəbər verir ki, bu barədə "iNews" nəşri məlumat yayıb.

 

Məlumata görə, "zadəganlar" 19 yaşlı futbolçunun nümayəndələri ilə ilkin əlaqə yaratsalar da, hələlik rəsmi transfer təklifi göndərməyiblər. Klubun qış transfer pəncərəsində bazarda aktivlik göstərməyəcəyi, bu səbəbdən də mümkün keçidin yay aylarına saxlanılacağı qeyd olunur.

 

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxaraq 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan gənc oyunçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.