"Turan Tovuz" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sabah2a 1:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra "Sabah" qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik.
- Sizcə məğlubiyyətin əsas səbəbi nədir? Sizin taktiki səhvlərinizin olduğunu düşünürsüz?
- Desək ki, məşçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində "Sabah"ın istifadə edəcəyi boşluqlar çox oldu.
- Oyundan əvvəl rəqibi təhlil edirsiz?
- Əlbəttə.
- Bu gün azarkeşlər sizin ünvanınıza "istefa" şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.
- Bu gün "Turan Tovuz"un sərgilədiyi oyun idi?
- Xeyr.