"Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi Vaqif Cavadov "PRO" kateqoriyalı məşqçilik kursları çərçivəsində Belçikanın "Vesterlo" klubunda təcrübədə olub. Sport24.az xəbər verir ki, bu haqda "kimayaçılar"ın mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı həm əsas komandanın, həm də "Vesterlo" akademiyasının məşqlərini izləyən Cavadov Belçika təmsilçisinin bəzi rəsmiləri ilə görüşüb, onlarla müxtəlif mövzular barəsində fikir mübadiləsi aparıb.