Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Sabah"ı qonaq edir.
Bu komandalar arasında "Bank Respublika Arena"da baş tutan görüşdə qapılara qol vurulmayıb. Bu səbəbdən hər iki komandanın yarımfinala yüksəlmək şansı var.
Qeyd edək ki, bu cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
Bizon Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab qarşılaşması
18:00. "Qəbələ" - "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ. Şəhər stadionu.
İlk oyun: 0:0