Yunanıstan məhkəməsi "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayrı 2020-ci ilin avqustunda Mikonos adasında baş verən hadisəyə görə şərti olaraq 15 ay həbs cəzasına məhkum edib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. 

 

Futbolçu xırda xuliqanlıqda, eləcə də həbsə müqavimət göstərməkdə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməyə cəhd etməkdə günahkar bilinib. Hadisə o, Yunanıstanda tətildə olarkən baş verib.

 

Qeyd edək ki, dörd il əvvəl baş verən hadisələrə görə Maquayr əvvəlcə 21 ay həbs cəzasına məhkum edilib (şərti olaraq). Lakin onun vəkilləri bu qərardan apelyasiya şikayəti verib. Hökm daha üst instansiya tərəfindən ləğv edilib və iş yenidən baxılması üçün geri göndərilib. Bir sıra təxirəsalmalar səbəbindən nəhayət işə altı il sonra yenidən baxılıb. "Qırmızı şeytanlar"ın müdafiəçisinin hökmü rədd etməsi və yeni qərardan apelyasiya şikayəti verməsi gözlənilir.