"Bornmut" baş məşqçisi Andoni İraola mövsümün sonunda başa çatacaq müqaviləni uzatmağı düşünür. Sport24.az xəbər verir ki bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyali mütəxəssisin xidmətində "Tottenhem" və "Kristal Pelas"da maraqlıdır. Hər iki klub yayda yeni baş məşqçi axtarışına çıxacağı halda, 43 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirə bilər. Buna baxmayaraq, İraolanın "Bornmut"da qalmağa daha yaxın olduğu bildirilir. Klub rəhbərliyi onu komandada saxlamaq üçün danışıqları davam etdirir.

Qeyd edək ki, "Bornmut" mövsümün əvvəlində aşağı sıralarda qərarlaşsa da, ispaniyalı baş məşqçinin rəhbərliyi altında son turlarda uğurlu nəticələr əldə edib və hazırda turnir cədvəlinin orta pillələrində yer alır. Komanda avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirir.