I Liqada mübarizə aparan "Şimal" heyətinə yeni legioner cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Bölgə təmsilçisi kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldla cari mövsümün sonunadək müqavilə imzalanıb.

 

Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarında çıxış edib. Hücumçunun "Şimal"ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

 

Qeyd edək ki, hazırda aktivində 8 xal olan "Şimal" turnir cədvəlində 10-ci pillədə qərarlaşıb.