UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Monako" ilə oyununda zədələnən Uğurcan Çakır tibbi müayinədən keçib. Sport24.az xəbər verir ki, "Qalatasaray"ın qapıçısının zədəsi ciddidir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

 

Türkiyə millisinin qolkiperi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Klubun tibbi heyəti 29 yaşlı "əlcək sahibi"nin daha tez komandaya qoşulması üçün səylərini davam etdirir.

 

Qeyd edək ki, "Qalatasaray" Uğurcan Çakırı sentyabr ayında "Trabzonspor"dan 27,5 milyon avroya transfer edib. Təcrübəli qapıçı "sarı-qırmızılar"ın heyətində 26 rəsmi matçda meydana çıxıb.