Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) IX turunda bu gün daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, xəbər verir ki, əvvəlcə "Sumqayıt" "doğma divarlar" arasında "Ordu"nu qonaq edəcək.

 

Sumqayıt Olimpiya İdman Kompleksində, baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək. 

 

NTD isə "Sərhədçi" İdman Mərkəzində "Şəki" ilə üz-üzə gələcək. Oyun saat 20:00-da başlayacaq. 

 

A qrupunda yer alan "Şəki" 9 xalla beşinci, rəqibindən 1 xal geri qalan NTD isə 8 xalla altıncıdır. B qrupuna 16 xalı olan "Ordu" kollektivi başçılıq edir. "Sumqayıt" isə 10 xalla sonuncu - altıncı sırada qərarlaşıb.

 

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.