Rolan Qarros-2025-in qalibi Karlos Alkaras Londonda keçirilən turnirdə də finala yüksəlib. Sport24.az xəbər verir ki, ispaniyalı tennisçi həlledici oyunda çexiyalı İrji Leheçka ilə qarşılaşacaq.
Alkaras yarımfinalda həmyerlisi Robertto Bautista Aqutaya hər iki setdə qalib gəlib - 6:4, 6:4. Görüş 1 saat 30 dəqiqə çəkib.
Leheçka isə finala gedən yolda yerli tennisçi Cek Dreyperi məğlub edib (6:4, 4:6, 7:5).
Qeyd edək ki, turnirin mükafat fondu 2,5 milyon dollardır.