Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gəlib.

 

Fiziyev 3 raundun yekununda rəqibini məğlub edib.

 

"UFC Fight Night"ın əsas döyüşündə ABŞ döyüşçüləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

 

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.