Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilk görüş keçirilib. Sport24.az xəbər verir ki, "UFC Fight Night"ın birinci qarşılaşmasında Hamdi Abdel Vahab (Misir) Muhammad Usmanla (Nigeriya) üz-üzə gəlib.

 

Ağır çəkidə üç raund davam edən dueli qazanan Usmanın qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. "UFC Fight Night"ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

 

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.