"Qalatasaray"ın futbolçusu Nikolo Zanyolo növbəti mövsümə də fərqli klubda başlaya bilər. Sport24.az xəbər verir ki, italiyalı hücumameyilli yarımmüdafiəçiyə 3 təklif var.

 

Bu barədə "Tutto Mercato" məlumat yayıb.

 

İngiltərənin "Sanderlend", İspaniyanın "Vilyarreal" və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Zanyolonu heyətinə qatmaq istəyir. "Qalatasaray" 25 yaşlı oyunçunu satmağın əleyhinə deyil.

 

Qeyd edək ki, Nikolo Zanyolo ötən mövsümün ilk yarısında "Atalanta"da, ikinci yarısında isə "Fiorentina"da icarə əsasında çıxış edib.