"Milan" "Bayer"in futbolçusu Qranit Caka ilə razılıq əldə edib. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

 

İtaliya klubu isveçrəli yarımmüdafiəçi ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb. "Milan" 32 yaşlı oyunçuya illik 4 milyon avro maaş təklif edib.

 

Qeyd edək ki, Qranit Caka ötən mövsüm "Bayer"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.