Qış transfer pəncərəsində rekord qeydə alınıb. Sport24.az xəbər verir ki, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.

 

Transfer dövründə peşəkar klublar futbolçu keçidlərinə ümumilikdə 2,35 milyard dollar xərcləyib. Bu, qış transfer pəncərələri üçün yeni rekorddur.

 

2024-cü ilin yanvarından 57,9, əvvəlki rekord göstərici olan 2023-cü ildən 47,1 faiz çoxdur.

 

İngiltərə klubları daha çox xərcə düşüb. Onlar 622 milyon dollar xərcləyiblər.

 

Transferlərin ümumi sayı 2024-cü illə müqayisədə 20 faizə yaxın artaraq 5863-ə çatıb. Bu göstərici də yeni rekorddur.

 

Qadın futbolunda da rekord qeydə alınıb. Transferlərə 5,8 milyon dollar xərclənib ki, bu da bir il əvvəlkindən 180 faiz çoxdur.