Yaya Ture Belçikanın "RVD Molenbek" komandasının baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri social şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə görə, 42 yaşlı mütəxəssis 2025/26 mövsümündən kluba rəhbərlik edəcək.

 

Ture əvvəllər Donetsk "Olimpik"i, "Axmat" və Səudiyyə Ərəbistanı millisinin məşqçilər korpusunda çalışıb.

 

Qeyd edək ki, "RVD Molenbek" 2024/25 mövsümündə Belçika çempionatının ikinci divizionunda üçüncü yeri tutub. Yüksək diviziona yüksəlmək uğrunda pley-off matçında "Lokeren-Temse"yə uduzub (0:2, 3:2).