"Lans"ın baş məşqçisi Vilyam Still adı "Mançester Siti" ilə hallanan müdafiəçi Abdukodir Xusanov haqda danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis "Lequipe" açıqlamasında oyunçunun "şəhərlilər"ə keçməyə yaxın olduğunu deyib:

 

"Yalan danışmaq istəmirəm. Danışıqlar gedir və Xusanov "Mançester Siti"yə keçməyə yaxındır. Lakin indi hələlik bizə məxsusdur. Uyğun olsa, yanvarın 12-də "Havr"la matçda meydana çıxa bilər".

 

Daha əvvəl "Mançester Siti"nin oyunçunun transferini 50 milyon avroya tamamlamaq üzrə olduğu bildirilib.