"Mançester Siti"nin futbolçusu Abdukodir Xusanovun agenti Qayrat Hasbiullin müştərisinin adının "Barselona" ilə hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, agent Rusiya mətbuatına açqlamasında bunları deyib:
"Laporta mənə zəng etməyib. Danışıqlara açığıq? Fantaziyanı sevmirəm".
Xusanov bu ilin yanvarında "Mançester Siti"yə keçib və müqaviləsi 2029-cu ilin yayına kimidir. O, son 6 oyunda meydana çıxmayıb.