Türkiyə I liqasında 26-cı tura start verilib. Sport24.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" səfərdə "Manisa"nın qonağı olub. 

 

Matça ehtiyat oyunçular skamyasından başlayan İsgəndərli 86-cı dəqiqədə meydana çıxıb. Görüş "Boluspor"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Bu qələbə sayəsində xallarının 37-ə çatdıran Vüsalın komandası turnir cədvəlində 7-ci pilləyə yüksəlib