“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport24.az xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”dan Duşan Vlahoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.