"Liverpul"un müdafiəçisi Vircil van Deyk gələcəyi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 33 yaşlı müdafiəçi klubu ilə müqaviləsini uzatmaq istəyir.

 

Niderlandlı futbolçu artıq klub rəhbərliyinə yeni müqavilə təklif olunarsa, danışıqlara başlaya biləcəyini bildirib. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyununa qədərdi. 

 

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarından birinin Van Deyklə maraqlandığı haqda xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, müdafiəçi ötən mövsüm bütün turnirlərdə 48 matça çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.