"Real"ın ulduzu Vinisius Juniorun PSJ ilə ilkin müqavilə imzaladığı iddia edilir. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" ekskluziv məlumat yayıb.

 

Bildirilib ki, Qətərdə keçirilən "Globe Soccer Awards" mükafatlandırma mərasimindən sonra təyyarə icarəyə götürən Vinisius Milad tətili üçün Çinin Uhan şəhərinə uçub. Forvard elə burada PSJ təmsilçiləri ilə görüşərək müqavilə imzalayıb.

 

Onun PSJ-yə keçidində isə Neymarın vasitəçi olduğu deyilir.

 

Hətta futbolçunun Paris klubunda 77 nömrəli formada çıxış edəcəyi də vurğulanıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Vinisiusun Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçəcəyi ilə bağlı məlumat yayılmışdı.