İspaniyanın "Real Madrid" klubunda çıxış edən Braziliya millisinin üzvü Vinisius Junior komanda yoldaşları və Çempionlar Liqasındakı unudulmaz anlar barədə danışıb. Sport24.az xəbər verir ki, o, İspaniya KİV-ə açıqlamasında qeyd edib ki, Kriştianu Ronaldu ilə birlikdə oynamaq ona qismət olmasa da, bir çox böyük futbolçularla eyni formanı geyinib:
"Ronaldunun komandasında oynamaq mənə qismət olmadı. Amma böyük futbolçularla oynamışam və şikayət etməyə əsas yoxdur. Kərim Benzema və Luka Modriçlə bir komandada çıxış etmişəm. Onlar çox yüksək səviyyəli oyunçulardır.
Kərim mənim favoritimdir. Biz bir-birimizi çox yaxşı anlayırdıq. O, xüsusi futbolçu idi. Harada olduğumuzu anlamaq üçün bir-birimizə baxmağa belə ehtiyac qalmırdı. O, mənə çox şey öyrədib və bunu ömrüm boyu xatırlayacağam".
Vinisus 2021/2022 mövsümündə Çempionlar Liqasındakı dramatik qarşılaşmaları da xüsusi vurğulayıb:
"2021/22 mövsümü xüsusi idi. Həmin geri dönüşlər… Biz qalib gələ biləcəyimizi hiss edirdik. "Mançester Siti" ilə oyunu əlavə vaxta daşıyanda artıq qələbə qazanacağımızı bilirdik. Xoselunun Bavariya"nın qapısına vurduğu ilk qoldan sonra isə tabloya belə baxmadıq. Bilirdik ki, qalib gələcəyik. "Santiaqo Bernabeu"nun sehri tamam başqa bir şeydir".