Çempionlar Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının hakimləri açıqlanıb. Sport24.az xəbər verir ki, baş hakim Espen Eskaasdır.

 

Ona xətt hakimləri Yan-Erik Engan və İsaak Elias Başevkin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. Hakimlər briqadası Norveçi təmsil edir.

 

"Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək. 

 

Əlavə edək ki, Eskaas əvvəllər DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda Azərbaycan - İrlandiya (0:3) oyununu idarə etmişdi.