"Napoli" yarımmüdafiəçisi Skott Maktominey üçün yeni müqavilə təklif etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 

 

Klub onunla 2030-cu ilə qədər müqavilə bağlamaq istəyir. Həftənin əvvəlində meneceri Kolin Mardok İngiltərədən gələrək, klubun idman direktoru Manna ilə mövcud 2028-ci il bitiş tarixindən sonrakı uzatma üçün ilkin razılaşmaları əldə edib.

 

Qeyd edək ki, Maktominey 2024-cü ilin yayında "Mançester Yunayted"dən "Napoli"yə keçib. O, Neapol təmsilçisinin  heyətində 70 rəsmi matçda 23 qol vurub və 7 məhsuldar ötürmə edib.