Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya Superliqasında növbəti qolunu vurub. Sport24.az xəbər verir ki, "Partizani"nin 31 yaşlı vingeri 24-cü turun "Tirana" ilə matçında fərqlənib.

 

Həmyerlimiz 37-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib - 2:0.

 

Liderdən 12 xal geri qalan "Partizani" 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. O, Albaniya klubunun heyətində ümumilikdə 23 oyun keçirib, 5 qolla yadda qalıb.