Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem ərini MLS çempionluğunu qazanması münasibətilə təbrik etdi. Sport24.az xəbər verir ki, xanım Bekhem bu barədə sosial şəbəkədə paylaşım edib:
"Səninlə çox fəxr edirəm, Devid. Sənin böyük arzun var idi ki, onu zəhmət, əzmkarlıq və "yox" cavabını qəbul etməməklə gerçəkləşdirdin. İndi sən klubun həmsahibi kimi MLS çempionusan! Sən mənə hər gün ilham verirsən. Səni çox sevirəm".
Qeyd edək ki, "İnter Mayami" ötən gecə MLS çempionluğunu rəsmiləşdirib.