"Zirə"nin moldovalı sabiq legioneri George Anton 2 illik fasilədən sonra karyerasını yenidən Vətənində davam etdirəcək. Sport24.az xəbər verir ki. 28 yaşlı mərkəz yarımmüdafiəçisi yetirməsi olduğu "Zimbru"ya dönüb.

O, artıq Kişinyov təmsilsiylə məşq edərək cari mövsümün ikinci yarısınaa hazırlaşır.

Anton futbolda ilk adıdmlarını 2012-ci ildə məhz "Zimbru"da atıb. O, bundan sonra Moldovanın ən güclü klubu "Şerif"ə keçib. George 2020-ci ilin qış fasiləsində isə karyerasında ilk dəfə legioner həyatı yaşamaq üçün Azərbaycana gəlib. Amma bu, uğurlu alınmayıb və "Zirə"də cəmi 6 matç keçirən legionerlə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Anton bundan sonra - 2021-ci ildə Rumınyada çıxış edərək 2 klubun - "Buzeu" və "Braşov"un şərəfini qoruyub.