"Bavariya"nın futbolçusu  Nussayr Mazraui karyerasını "Vest Hem"də davam etdirəcək. Sport24.az xəbər verir ki, klublar  mərakeşli müdafiəçinin transferi ilə bağlı razılığa gəlib.

 

İngilislər alman klubuna 15,5 milyon avro ödəyəcək. "Bavariya" daha 4 milyon avronu bonus olaraq ala biləcək. "Vest Hem" 26 yaşlı oyunçu ilə də şifahi razılığa gəlib.

 

2023/24 mövsümündə Mazraui Bundesliqada 19 oyuna çıxıb, 3 qol ötürməsi verib.